Midi paltarlar geyinmək üçün 5 məsləhət
Ətəyinin uzunluğu diz və ayaq biləyi arasında olan midi donlar bir vaxtlar yalnız payız sezonu üçün uyğun görünən tərz idi. Lakin, əslində, midi donlar bütün il boyu geyinə biləcəyiniz çoxsezonlu bir geyim növüdür. Ailə yığıncaqları, randevu gecələri ilə yanaşı, midi donlar iş üçün və semi formal toy şənlikləri, partilər kimi semi formal tədbirlər üçün də əla seçimdir. Midi donlarınızı aşağıdakı 5 məsləhətlə dizayn edin.
1. Görünüşünüzü kəmərlə tamamlayın
Kəmər və maraqlı bel qurşağı ilə görünüşünüzü daha dəbli və tərzli edə bilərsiniz. Kəmərli görünüş həm ofis üçün, həm də gündəlik başqa tədbirlər üçün uğurlu ola bilər. Parti üçün normal adi görünüşlü kəmər qaşlarla, metal qurşaqla, tünd çalarlı rənglərlə eleqant bir kəmərə dönüşə bilər.
2. Ayaqqabı şoppinqi edin
Ayaqqabı seçiminiz paltarınızın görünüşünə ciddi təsir edə bilər. Yüngül midi donlar ilə azca topuqlu və ayaq biləyində bitən bağcıqları olan sevimli dəri səndəllər ayaqları sanki daha uzun imiş kimi göstərir. Baletkalar və qladiator səndəllərini də boyunuzu uzun göstərəcək rahat ayaqqabı seçimləridir. Daha qalın midi don geyinən zaman çəkmələr və dizə qədər uzunluğu olan çəkmələr sizi isti saxlayacaq və dəbli görsənəcək.
3. Çanta seçimini düzgün edin
Çanta seçimi edərkən dəbli çarpaz bədən çantalarını sınayın. İş və gündəlik tədbirlər üçün dəri və tək rəng çantalar hər zaman favorit seçimdir, amma daha qlamur məkanlar üçün metal çarpaz bədən çantalarını, uzun metal qulplu bərk çantaları da yoxlaya bilərsiniz.
4. Jaket yoxlayın
Denim jaketlər modada böyük geridönüş edir, xüsusilə midi donların üzərinə top olaraq. Denim jaketlər güllü middi donları gözəl şəkildə tamamlayır. Eleqant məkanlar üçün qısa dəri jaketləri də sınaya bilərsiniz.
5. Zinət əşyaları ilə tamamlayın
İstifadə edəcəyiniz zinət əşyaları iştirak edəcəyiniz tədbirdən və paltarın boyun hissəsindən asılıdır. İş və gündəlik tədbirlər üçün V şəkilli boğazı olan donu uzun asqılı boyunbağı və sallanmayan, saplama sırğa ilə kombin edə bilərsiniz. Sadə boyunbağılar gündəlik midi donlar ilə yaxşı uyğun gəlirlər, lakin rəngli, qalın boyunbağılar semi-formal tədbirlər üçün daha məqsədəuyğundur. Uzunboğazlı midi don geyinərkən boyunbağı və sırğa taxmayın, əksinə, diqqəti cəlbedici qolbaqlar ilə qollarınıza və əllərinizə verin.
Midi donlar hazırkı dönəmdə yaşından, fiqurasından asılı olmayaraq bütün qadınlar tərəfindən sevilir. Sadəcə, bəyəndiyiniz saç düzümünü və makiyajı edin, bu məsləhətlərə əməl edin və hər zaman dəbli olun!
Saytımızdakı donlara baxmaq üçün bu linkdən istifadə edə bilərsiniz.