Tərzin sehri : Beli açıq don geyinmək üçün 5 məsləhət
Beli açıq donlar bu sezon dəbdədir. Qırmızı xalça üzərindəki görünüş hər zaman cazibəli və diqqətçəkən olmalıdır; bu səbəbdən də, beli açıq donları məşhurların üzərində tez-tez görürük. Beli açıq donlar qlamur stilin mütləq olduğu formal tədbirlər üçün əla seçimdir. Bu cür donlar semi-formal, gündəlik tədbirlər, həmçinin, istənilən xüsusi məkan üçün də eleqant hesab olunur. Bu məqalədə sizə beli açıq don geyinmək üçün 5 məsləhət verəcəyik :
1. Əmin olun ki, don üzərinizə uyğun oturub
Dəbli və özünüzə inamlı görünmək üçün əmin olmalısınız ki, don üzərinizə tam oturub və sizə yaraşır. Əgər paltar sizə çox böyükdürsə, bel hissədən boş qalacaq, əgər çox kiçikdirsə, parça qırışacaq və əyninizdə düzgün oturmayacaq. Səliqəli və özünə inamlı görünüşün açarı paltarın əyninizdə rahat görünməsidir.
2. Lazım olan dəstəyə sahib olduğunuzdan əmin olun
Beli açıq donlarınıza daxildən dəstək lazım ola bilər. Məsələn, dərzinizdən açıq bel dizaynını korlamayan xüsusi büstqalter hazırlamasını istəyə bilərsiniz. Bağsız və ya bağı beldə görsənməyən büstqalterlər, şəffaf bağlı büstqalterlər, özünüzün hazırlaya biləcəyiniz bağ uzantıları belinizdə büstqaltersiz görünüş yaratmaq üçün ideal dəstək növləridir. Əgər sadəcə yüngül dəstəyə ehtiyacınız varsa, yapışan (stick-on) büstqalterlər də işinizə yaraya bilər.
3. Moda lentlərini unutmayın
Moda lentləri sinənin ön hissəsi ilə paltar arasında yaranan boşluğun qarşısını alır və parçanı birbaşa dəriyə yapışdıraraq paltarın çiyindəki bağlarını yerində saxlamağa kömək edir. Bu, məsələn, rəqs edən zaman bağın çiyindən düşməsinə mane olacaqdır.
4. Belinizin parlamağa hazır olduğundan əmin olun
Belsiz paltar geyinərkən taxa biləcəyiniz ən önəmli aksessuar özünüzsünüz. Belinizin önəmli tədbir üçün hazır olmadığından narahatsınız? Tədbirdən bir neçə həftə əvvəl dərinizə mütəmadi qulluq rejiminə başlaya bilərsiniz. Bədən süngəri və skrab ilə ölü dərinizi yox edin, səpgilərə qarşı vasitələr və yüngül nəmləndiricilər istifadə edin. Dərinizə qulluq ilə bu problemi həll edəcəksiniz və o böyük gün üçün tam hazır olacaqsınız.
5. Saç düzümü seçimini düzgün edin
Əgər saçınız belinizi örtəcəksə və görünüşünüzün möhtəşəm effektinə kölgə salacaqsa, cazibədar belsiz paltar geyinməyin mənası yoxdur, elə deyilmi? Belsiz dizaynı diqqət mərkəzində saxlayan bir çox gözəl qısa saç düzümləri var. Saçınızı yuxarıda saxlayacaq o seçimlərdən birini edin və əmin olun ki, saç düzümü görünüşünüzü ən mükəmməl şəkildə tamamlayır.
Saytımızdakı donlara bu linkdən baxa bilərsiniz.