V şəkilli yaxalıqlı donlara stil vermək üçün 4 məsləhət
V şəklində yaxası olan paltar əldə etdikdən sonra onu necə daha effektli göstərmək olar deyə düşünməyə başlamaq lazımdır. Gündəlik, formal, semi-formal; hansı görünüşdə olmaq istəmənizdən asılı olmayaraq dərin V yaxalıqlar hər tədbirə öz təsirini edəcək. Bu paltarların düzgün geyinilməsi və düzgün aksessuarların düzgün seçilməsi üçün 4 məsləhətimizlə tanış olun.
1. Ölü dərini təmizləyin və nəmləndirin
Təmiz, sağlam görünən dəri dərin yaxası olan paltarları effektli göstərməyin əsasıdır. Dərin yaxalı paltar geyindikdə dekolteniz göz önündə olur, bu səbəbdən, sağlam dərini qorumaq görünüşünüzü yaxşılaşdırır və öz güvəninizi artırır! Şəkərli skrablar, duzlu skrablar və süngərlər ölü dərini aparmaq üçün yaxşı vasitələrdir. Ölü dərini təmizlədikdən sonra nəmləndirici losyonla dərinizi parıldadın.
2. Büstqalter seçimini düzgün edin
Dərin yaxalıqlı paltar üçün iç paltarı seçən zaman rahatlıq səviyyənizi nəzərə alın. Büstqaltersiz paltar geyinmək sizin üçün mükəmməl seçim olar, lakin əgər mütləq dəstəyə ehtiyacınız varsa, paltarınız kimi büstqalterinizin də müvafiq hissəsinin dərin olmasına diqqət edin. Döş ləçəkləri və yapışqan silikon büstqalterlər də işə yaraya bilər. Büstqalter geyinib-geyinməmənizdən asılı olmayaraq, moda lentlətindən istifadə də fayda var. Moda lentlərindən büstqalterin iplərini, həmçinin, paltarın çiyin hissələrini bədəninizə yapışdırmaq üçün istiafə edə bilərsiniz. Beləliklə, çiyinlərinizdən sürüşməzlər və istənməyən vəziyyətlərin yaranmasının qarşısını ala bilərsiniz.
3. Zinət əşyaları ilə göz qamaşdırın
Dərin yaxalıqlı paltar üçün elə bir aksessuar seçməlisiniz ki, boynunuz və sinəniz diqqət mərkəzində olsun. Şəxsi stilinizdən asılı olaraq, sadə pendant boyunbağı və ya daha qalın boyunbağıl seçimləri edə bilərsiniz. Sadə qızıl və ya gümüş zəncir diqqəti boyundan belə yayındıra bilər. Əlavə cazibə üçün bir neç boyunbağını qat-qat taxa bilər, vintaj görüntü üçün mirvari və ya incilərdən də istifadə edə bilərsiniz. Boyunbağı sevmirsiniz? Onda, sprey və ya losyon tətbiq edərək diqqəti cazibəli paltar detallarına çəkmək üçün boyun hissəyə bir az parıltı əlavə edə bilərsiniz.
4. Duruşunuzu düzəldin
Çox gözəl paltarınız, sağlam dəriniz, mükəmməl aksessuarınız ola bilər, amma əgər duruşunuz düzgün deyilsə, göz oxşayan V yaxalıqlı paltarınız bütün cazibəsini itirəcək. Duruşunuz və yeriş tərziniz əyninizə yaxşı oturan paltarla birlikdə özünəinamlı görünməyin açarıdır. Ananızın sizə həmişə nə dediyini xatırlayın : Bədənini düz saxla, çiyinlərini arxaya et, başını yuxarı et.
Saytımızdakı donlara baxmaq üçün bu linkdən istifadə edə bilərsiniz.