Qısa qara paltarlar üçün aksessuar ideyaları
1. Qeyri-adi ayaqqabı seçimi
Əksər insanlar qısa qara donları həmişə kiçik ayaqqabı ilə təsəvvür edirlər, lakin bu növ paltarlarla ayaqqabı seçiminizdə daha kreativ ola bilərsiniz. Məsləhətimiz odur ki, qara ziyafət paltarınız üçün ayaqqabı seçərkən hündürdaban sandal və ya tuflidən kənara çıxın. Sevdiyimiz bir neçə gözlənilməz kombinasiya bunlardır: yüksək boyunlu ətəyi qısa qara don ilə ilə kombat botları, dalğalı ətəkli qara qısa paltar ilə dizdən yuxarı çəkmələr, krujevalı daha zərif qısa qara don ilə isə platformalı ayaqqabı.
2. Kalqotka, hətta lasinləri sınayın
Ayaqlarınız diqqət mərkəzində olmağa hazır deyilsə, hava sərindirsə və ya sadəcə daha təvazökar bir görünüş istəyirsinizsə, ayaqlarınızı bağlaya bilərsiniz. Qara kalqotka klassikdir, ancaq daha fərqli bir görünüş üçün krujevalı, çiçək və ya heyvan naxışlı kalqotkaları sınaya bilərsiniz. Dəri lasinlər şübhəsiz daha cəsarətli seçim olar. Qısa ipucu: Bu aksessuarlar ən sadə qısa qara paltarlar ilə daha çox uyğundur.
3. Üst geyimi əlavə etməyi sınayın
Digər praktik və şık bir üsul gödəkçədir. Sadə qara paltarın üstünlüklərindən biri odur ki, istənilən üslub və tərzdə aksessuar ilə görünüşünüzü bəzəyə bilərsiniz, həmçinin, bir jaket ilə bədəninizi isti də saxlaya bilərsiniz. Bu kombinasiyalardan birini sınayın: uzun gödəkçə ilə ultra mini qara don, çiyni açıq qara don ilə süni xəz və klyoş tərzdə ətəkli qara don ilə pencək.
4. Zinət əşyaları əlavə etməyi sınayın
Zinət əşyaları qara qısa donlarla klassik görünüş yaradır. Görünüşünüzün fərqli olmasını istəyirsinizsə, böyük sırğa və qalın sepdən imtina edin. Paltarınızın bəzi diqqət çəkən hissələrini vurğulayan zinət əşyaları seçin. Məsələn, beli açıq don ilə boyunun arxasında belə doğru sallanan boyunbağı və ya bir çiyni açıq don ilə ölçüsü və ya görünüşü digər cütdən fərqli olan cüt sırğalar taxa bilərsiniz.
5. Fərqli saç düzümü
Sadə qara paltarınızla saç düzümünüz özlüyündə bir aksessuar ola bilər. Tünd rəngli paltarınızla kontrast yaratması üçün saçınızı müvəqqəti daha açıq rəngə boyaya bilərsiniz. Həmçinin, abadok və bandana kimi saç aksessuarlarını da sınaya bilərsiniz.
6. Bəlkə kombinezon?
Kim deyir ki, qısa paltar mütləq don olmalıdır? Tədbirdə hər kəsdən fərqlənmək üçün kombinezon da geyinə bilərsiniz. Don kimi kombinezonların da müxtəlif növləri var; çiyinləri açıq, bir çiyni açıq, unikal boğaz hissələr ilə və s.
7. Ümumiyyətlə aksessuardan istifadə etməyə bilərsiniz!
Biz düşünürük ki, hər an yanınızda gəzdirdiyiniz aksessuardan - gözəl üzünüzdən daha yaxşı aksessuar yoxdur. Bunun üçün saç düzümü olaraq saçların arxaya darandığı və ya yığıldığı stillərdən istifadə edin. Elə bir paltar seçin ki, üzünüz diqqət mərkəzində olsun və makiyajınıza da xüsusilə fikir verin.
Saytımızdakı donlara baxmaq üçün bu linkdən istifadə edə bilərsiniz.