Trendmall.az hansı problemləri həll edir?

Trendmall.az hansı problemləri həll edir?

Onlayn satışın inanılmaz sayda üstünlükləri olsa da, alıcılar bəzən bir sıra problemlərlə qarşılaşırlar. Hazırda onlayn alış-veriş dedikdə ağıla gələn vebsaytlar Trendyol və Hepsiburada-dır. Türkiyədə və Azərbaycanda ən məşhur e-satış platforması isə Trendyol-dur. Çox tanınan brendlərdən olan Mango, Zara, LC Waikiki, Bershka məhsullarını sifariş edərkən yaşanan ölçü problemi tez-tez yaşanan problemlərdən biridir. Yanlış ölçü gələn zaman məhsulun qaytarılması çətin və uzun proses olduğu üçün çox müştəri həll yolunu həmin məhsulu başqa şəxsə ucuz qiymətə satmaqda görür. Bəzi alıcılar Sədərək və Binə Ticarət Mərkəzlərində məhsulların A klass kopyasını tapmağa çalışır, lakin məsələn, türk brend məhsulların Çində kopya istehsalı ümumiyyətlə yoxdur. Trendyol və Hepsiburada kimi platformalar ayaqqabı və çanta üçün əlverişlidir, lakin məhsulun çatdırılmasını 1 ay gözləmək lazım olur. Shop.az və Unimall.az kimi digər lokal saytlar isə geyimlərin tək-tək satışına üstünlük vermirlər. Məişət əşyaları, dekor bəzəkləri, velosiped və digər texniki əşyalara üstünlük verirlər. Sadalanan problemlərin həlli olaraq Trendmall.az sizin xidmətinizdədir.