Toya nə geyinəcəyinizə qərar verə bilmirsiniz? Krujevalı donları sınayın!
Toya hazırlaşırsınız?
Krujevalı donlar toy üçün həm dəbli, həm də uyğundur. Krujeva özündə sevgi və ənənənin hər ikisini özünü birləşdirə bilən tərzlərdəndir. Krujevalı toyluq donlar yumşaqlıq, nəciblik və müasirlik elementlərini də özündə birləşdirir. Sadəcə əmin olun ki, doğru donu seçirsiniz. Donunuz sizi həm də məkana və tədbirə uyğun dərəcədə təvazökar göstərməlidir. Mükəmməl görünüş üçün aşağıdakı məsləhətlərlə tanış olmağınızda fayda var.
1. Detallar önəmlidir
Toyluq paltarlar mümkün dərəcə şık görünməlidir. Lazım olan görünüşü yaratmaq üçün paltarınıza bir neçə detal əlavə edə bilərsiniz :
- Uzun boğazlı semi-formal krujevalı donlar özünəməxsus təvazökarlıq və tərz ilə yüksək tərifə layiqdir. Nə vaxtsa süni yaxalıqları sınamısınızmı? Süni yaxalıqlar və başqa növ bənzərsiz boğazlıqlar görünüşü nəcib saxlamaqla toyluq paltarlara həyəcan qatır.
- Qolu uzun və ya dirsəyə qədər olan krujevalı donları da yoxlaya bilərsiniz.
2. Uzunluğa fikir verin
Ətəyi yerlər süpürəcək qədər uzun don geyinməli deyilsiniz. Uzun donları daha formal toylara geyinə bilərsiniz. Mini donlar da toylar üçün uyğun görünmür. Ən yaxşı seçim uzunluğu dizdən olan midi donlardır. İç səsinizə qulaq asın və tədbirin formallıq dərəcəsindən asılı olaraq seçiminizi edin.
3. Don sizə yaraşmalıdır
Krujevalı donlar müxtəlif formalarda və ölçülərdə olur. Sizə yaraşanını tapmaq olduqca önəmlidir. Fiquranızı bəlli edəcək donları geyinə bilərsiniz, amma həddən artıq sıx və dar olanlardan çəkinin.
4. Parıltı və parlaqlıq dərəcəsi
Toyluq paltarlar azca parıltılı ola bilər, amma krujevalı paltarlar parlaqlığa görə diqqət mərkəzində olmamalıdır. Ciddi dərəcə parlaqlığı fərqli tədbir üçün saxlayın. Mıncıqlı bel bantlarına və ya parıltılı krujeva qatları üzərində azca müxtəlif növ bəzəklərə üstünlük verin.
5. Ağ rəngdən qaçın!
Ağ rəngli krujevalı donlar toyda qonaqlar üçün uyğun hesab olunmur. Artıq gəlinlərin bir çoxu standart rəngdən kənara çıxmağa üstünlük versə də, ağ rəng hələ də gəlin paltarı üçün uyğun sayılır. Ağın istənilən tonu diqqəti tədbirin ən önəmli şəxsindən ala bilər. Bəs, hansı rənglər toy üçün uyğun hesab olunur? Ağa bənzəməyən istənilən açıq rəngi seçə bilərsiniz, amma ən yaxşısı, siz tünd və qarışıq rəngli krujevalı donlara üstünlük verin.
Saytımızdakı donlara baxmaq üçün bu linkdən istifadə edə bilərsiniz.